Şahmar Mövsümov Operativ Qərargahla bağlı videolardan danışdı: “İstedadlı uşaqlardır”

12:14 - 08 Avqust
    6345 oxunma

"Həkimlər ön cəbhədə mübarizə aparan qəhrəmanlardır. Onların əməyi yüksək qiymətləndirilir. Hələ müharibə bitməyib”. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, müharibə bitəndən sonra kimə hansı formada təltifin düşməsi mükazirə olunacaq: "Burada ictimaiyyətin də rolu vacibdir. Son zamanlar internetdə operativ qərargah haqqında kliplər yaranıb. Onlar həddindən artıq istedadlı uşaqlardır. Olmazdı ki, onlar istedadını başqa yerə yönəldib, həkimlər haqqında sosial çarxlar hazırlasınlar?!”

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84