.
.

Sahil İmanov barəsində deyilənlərə aydınlıq gətirdi

00:12 - 02 Aprel
    16360 oxunma

"Mübariz Mənsimovun Sahil İmanov adında media danışmanı yoxdur, olmayıb da".

Bizimxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva deyib.

Şirkət rəsmisi bildirib ki, Mübariz Mənsimovun heç bir zaman Sahil İmanov adlı media danışmanı olmayıb: "Mübariz Mənsimovun media işlərini 10 ildən çoxdur ki, mən idarə edirəm. Mübariz Mənsimovun qanunsuz həbsindən sonra bu adamı tanımışam. Video bloger olduğunu bilirəm, amma nə şirkət, nə Mübariz Mənsimovun xanımı, nə də ailə ilə heç bir bağlantısı yoxdur. Müstəqil jurmalist kimi özünü təqdim edib"./Axar.az/ 

Fidan Quliyevanın açıqlamasına münasibət bildirən Sahil İmanov isə deyib ki, Palmali Şirkətlər Qrupunun mətbuat katibinin onun barəsində dedikləri həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Mübariz Mansimov həbs olunandan 2 ay sonra, Şirkətin SEO işlərini görən Paşa Bəkirsoy və Mübariz Mansimovun həyat yoldaşı Ülviyyə Qasımovanın istəyi ilə o, M.Mənsimovu müdafiə etmək üçün şirkət isə çalışmağa başlayıb.

Onun sözlərinə görə, Mübariz Mansimovun suçsuz olması haqqında birdən çox TV proqram ve sayısız yazılı xəbərlər Türkiyədə paylaşıb.  Ülviyyə Qasımovanın qurmuş olduğu Vip Med Klinikasının bütün media işlərini Sahil İmanovun rəhbəri olduğu Sahil Medya Şirkəti həyata keçirib. 

Sahil İmanovun fikrincə Xatirə İslamın bu açıqlaması ona qarşı bir təxribatdır.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial mediada ifaçı Xatirə İslamın videosu yayınlanıb. Bu videoda ifaçı, özünü Mübariz Mənsimovun danışmanı olaraq təqdim edən Sahil İmanov adlı şəxsi dələduzluqda ittiham edib. Xatirə İslam bildirib ki, Sahil İmanov adlı şəxs Mübariz Mənsimovun adından və nüfuzudan sui-istifadə edərək bir çox məşhur ifaçıdan pul alaraq onlara sosial mediada bir sıra xidmətlər göstərəcəyi barədə yalan vədlər verib. 

Açıqlamanın linki burda - https://sahilhaberajansi.com/2021/03/29/sahil-imanov-2/

Bir daha bəyan edirik ki, yazıda adı keçən bütün tərəflərin mövqeyi təqdim olunub və buna görə, Bizimxeber.az heç bir məsuliyyət daşımır.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84