. .

Sağlamlığını itirən keçmiş döyüşçülər aksiya keçirib - Video

19:04 - 22 Aprel
    29056 oxunma

Bu gün, aprelin 22-də Qarabağ müharibəsində sağlamlığını itirən bir qrup gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.

Onlar, əsasən, biganəlikdən şikayətləniblər. Demələrinə görə, onları nazirliyin şöbə müdiri qəbul edib və qanunvericiliyin tələbləri onlara xatırladılıb. Şikayətçilərdən biri isə jurnalistlərə açıqlamasında deyib ki, "əgər lazımdırsa, qanunu dəyişsinlər".

Aksiya iştirakçılarının bəziləri deyib ki, onların müalicəsində ayrıseçkiliyə yol verilir. Həmçinin, onların sözlərinə görə, problemlərinin həlli zamanı və xüsusilə də əlilliyin alınmasında süründürməçiliklə, neqativ hallarla üzləşiblər. Keçmiş döyüşçülərdən biri isə deyib ki, onlara az əvvəl "mətbuat sizə neyləyəcək" iradını tutublar və kütləvi informasiya vasitələrinə açıqlama vermələrini qıcıqla qarşılayıblar.

Daha sonra isə nazirliyin bəzi əməkdaşları şikayətçilərə yaxınlaşıb, onları nazir müavinin qəbul edəcəyi və bütün şikayətlərinin dinləniləcəyi vədini veriblər. Bundan sonra onlar qəbula yollanıblar. Tənqidlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. /Azadlıq.org/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84