. .

Şagirdlərlə bağlı problemə görə direktor barədə ölçü götürüləcək

12:52 - 19 Aprel
    8434 oxunma

Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb. 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qaynarinfo-ya məlumat verilib. Bildirilib ki, bununla bağlı valideynlərə məlumat verilib. Onların "Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub.

Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər. Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84