Şagirdlər məcburi peyvənd ediləcək? - Rəsmi açıqlama
16:19 - 29 Yanvar
-
8440 oxunma

Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə COVİD-19 vaksininin məcburi vurulacağı ilə bağlı sosial şəbəkələrdə gəzən iddialara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında bildirib ki, quruma bununla bağlı hər hansı bir məlumat verilməyib: "Biz sosial şəbəkələrdə yayılan şayiələri şərh etmirik. Ancaq hökumət idarəsi olaraq verilən qərarlara münasibət bildirirk.
Şagirdlərə vaksin vurulacağı ilə bağlı məlumat eşitməmişik”.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84