Sabirabad rayonuna ağır itki - Rayonun ziyalı ağsaqqalı dünyasını dəyişdi

14:49 - 08 İyul
    2510 oxunma

Sabirabad rayon Ağsaqqal Cəmiyyətinin sədri Həmidov Böyükaga Mirheydər oğlu dünyasını dəyişib. Rayonun tanınmış ziyalılarından olan Böyükağa müəllim  bu Kovlar kənd qəbristanlığında dəfn edilib. 

Ziyalılar Cəmiyyətinin sabiq sədri, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının İdarə Heyətinin üzvü  mərhum Böyükağa Həmidov  45 ildən artıq dövlət qulluğunda çalışıb. 1978-ci ilə CCRİ Ali Sovetinin Fərmanı ilə  "Əmək igidliyinə görə" medalı, 1990-cı ildə CCRİ Ali Sovetinin Fərmanı ilə "Əmək Veteranı" medalı ilə təltif edilib. 

Ölkə Prezidenti İlham Əliyev tərəfindən  2011-ci ildə ictimai-siyasi sahədəki xidmətlərinə görə, Boyükağa Həmidov "Tərəqqi" medalı, həmçinin ölkə prezidentinin 27 may 2019-cu il cərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Yubiley medalı ilə təltif olunub. 

Sabirabad rayonunda sayılıb seçilən ağsaqqaldan olan mərhumun ailəsinə səbr diləyirik.

ALLAH RƏHMƏT ELƏSİN!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84