Sabiq nazirin şirkəti 10 milyonluq tendirin qalibi olub - 9 ay ərzində iki dəfə

17:32 - 26 İyun
    2745 oxunma

Azərbaycanda pandemiya dövründə hansı sahənin fəaliyyətində çətinliklər, fasilələr olsa da, tender və dövlət satınalmalarında hər şey “öz qaydasında” davam etməkdədir.

Bizimxeber.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, iyunun 18-də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti böyük tenderə yekun vurub. Fed.az-ın məlumatına görə, departamentin «Kommunal təyinatlı maşın və mexanizmlərin alınması» tenderində «İmprotex Trucks and Buses» MMC qalib gəlib. Müqaviləyə görə, sözügedən şirkət Bakı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 9 milyon 997 min 414 manat, təqribən 10 milyon manatlıq kommunal texnika satacaq.

Qeyd edək ki, son 9 ay ərzində «İmprotex Trucks and Buses» MMC artıq ikinci dəfədir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qalibi olur. Sözügedən qurum 2019-cu ilin oktyabr ayında da bu şirkətdən böyük məbləğdə təxminən eyni təyinatlı avadanlıqlar almışdı.

 

 

Belə ki, 2019-cu ilin 18 oktyabrında «İmprotex Trucks and Buses» MMC-dən ümumi dəyəri 12 milyon 436 min 322 manat olan Kommunal təyinatlı maşın və mexanizmlər alınıb.

Qeyd edək ki, sözügedən şirkət keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxusudur. "Improtex Trucks and Buse" MMC sabiq nazirə məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir. Fizuli Ələkbərovun sahibi olduğu bu qrupa minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84