Sabiq icra başçısı vəfat etdi

17:48 - 19 Yanvar
    7160 oxunma


İsmayıllı rayonunun sabiq icra başçısı Mirdaməd Sadıqov vəfat edib. Bir müddət əvvəl Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən M.Sadıqov bu gün dünyasını dəyişib. 

Qeyd edək ki, M. Sadıqov 1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub.

2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub. 

M. Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Vəfat edənə qədər UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsində işləyirdi. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84