.
.

Sabiq futbolçusu maşınla adam vurub öldürdü

14:49 - 28 Fevral
    33720 oxunma

Futbol üzrə Argentina milli komandasının sabiq qapıçısı Pablo Kavalyero həbs oluna bilər. Ölkəsində “Veles Sarsfild” klubunda idman direktoru olan Pablo avtomobili ilə adam vurub.

Hadisə nəticəsində 56 yaşlı Xuan Libero hadisə yerindəcə ölüb. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

Pablo Kavalyero 1996-2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın “Veles Sarsfild” və “Union” (Santa-Fe), İspaniyanın “Espanyol”, “Selta” və “Levante”, həmçinin Uruqvayın “Penyarol” komandalarında çıxış edib. Kavalyero millinin heyətində 2004-cü ildə keçirilən Amerika kubokunun gümüş medalçısı olub.

Keçmiş qapıçı 2018-ci ilin yanvarından “Veles Sarsfild”də idman direktoru olaraq çalışır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84