Sabiq baş nazir Ramiz Mehdiyev barədə danışmaq istəmədi

12:20 - 04 Sentyabr
    1770 oxunma

“Son günlər baş verənlər barədə danışmaq istəmirəm”.

Bunu sabiq Baş nazir, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra baş verənlərə münasibət bildirərkən deyib.

Novruz Məmmədov məlum hadisələr barədə susmağı üstün tutub. Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev bir müddət öncə ölkədə davam edən karantin qaydalarını pozaraq qızına toy edib. Məlum toya bəzi tanınmış ictimai-siyasi simaların da qatılması cəmiyyətdə narazılıqlara səbəb olub. Toy sahibi də başda olmaqla, mərasimdə  iştirak edənlər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

AMEA prezidenti Ramiz Mehdiyev isə öz ünvanına səslənən fikirlərə cavab olaraq akademiyanın saytında ard-arda dörd geniş materialla çıxış edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84