Sabahın havası...

14:15 - 10 Yanvar
    990 oxunma

Yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. 

Milli Hidrometeorologiya Xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Yanvarın 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84