Sabahın havası açıqlandı

13:14 - 15 Noyabr
    2750 oxunma

Azərbaycanda noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir  yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət  80-90  faiz olacaq.

Noyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-9,  gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  2-6 dərəcə  isti olacaq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84