.
.

Sabahın hava proqnozu

13:39 - 30 Mart
    5560 oxunma

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Bizimxeber"ə verilən məlumata görə martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 5-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84