Sabaha olan hava proqnozu

13:45 - 13 Noyabr
    2920 oxunma

Noyabrın  14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-9 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif  və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84