Sabah Moskvada nələr müzakirə olunacaq?

22:07 - 10 Yanvar
    1030 oxunma

Sabah, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü Qarabağ razılaşması üzrə mübahisəli məsələlərə həsr olunacaq. 

Bu barədə RİA Novosti-yə şərhində "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə deyib. Siyasətçi mümkün mövzular sırasında ərazi və kommunikasiyalar üzərindəki blokadanın götürülməsi, eləcə də qoşunların çıxarılmasını göstərib.

Qeyd edək ki, bu gün Kreml Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacağı barədə məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər. 

Məlumata görə, Putin sabah Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın sözlərinə görə, sabah Moskvada liderlərin görüşündə Qarabağla, yaxud ərazi məsələləri ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulmur.

Görüşlə bağlı V.Putin ATƏT-in Minsk qrupunun digər həmsədri qismində Fransa Prezidenti Emmanuel Makronu da məlumatlandırıb.//Sputnik Azərbaycan

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84