.
.

Sabah Moskvada daha bir Qarabağ görüşü olacaq

15:06 - 26 Fevral
    8680 oxunma

Sabah Moskvada Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçiriləcək. Bizimxeber.az bildirir ki, bu görüş Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupunun üçüncü iclası sayılır. Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin əvvəlki görüşləri 30 yanvar və 12 fevral tarixlərində baş tutub.

30 yanvarda keçirilən görüşdə üçtərəfli işçi qrupun iştirakçıları dəmir yolu, avtomobil yolu, o cümlədən təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəqliyyat növləri ilə əlaqəli mütəxəssis alt qrupları yaratmağı qərara alınıb.

12 fevral görüşündə Ermənistan Respublikasının Baş Naziri, Rusiya Federasiyası Prezidenti və Azərbaycan Respublikası Prezidentinin noyabrda imzaladığı bəyanatın 9-cu bəndindən irəli gələn birgə işin gedişi müzakirə edilib, əlavə işlərin qrafiki razılaşdırılıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84