Sabah külək güclənəcək, yağış yağacaq

13:43 - 17 Sentyabr
    1570 oxunma

Milli Hidrometeorologiya Xidməti sentyabrın 18-də gözlənilən hava şəraitini açıqlayıb. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 765 mm civə sütunundan 759  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 60-70, gündüz 35-40 faiz  olacaq.

Sentyabrın 18-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz  əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz  18-23 dərəcə  isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 18-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84