Sabah Bakıda yağış yağacaq

13:45 - 10 Dekabr
    1800 oxunma

Bakıda və Abşeron yarımadasında dekabrın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Dekabrın 11-də Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84