. .

Saakaşvili Gürcüstana qayıdıb hakimiyyəti dəyişəcəyinə söz verdi

15:17 - 06 May
    3962 oxunma


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstanda hakimiyyət dəyişikliyinin olacağını və seçkilərdə iştirak etmək üçün ölkəyə qayıdacağına söz verib. Bizimxeber.az-ın məlumatına görə, o, bu barədə məhşur "Deutsche Welle" (DW) dərgisinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu il Gürcüstanda hakimiyyət dəyişikliyi qaçılmazdır.

Bidzina İvanişvilinin "Gürcü Arzusu" Partiyası səslərin 43 faizindən çoxunu ala bilməyəcək və seçkilərin 2022-ci ilə qədər təxirə salınacağına əmin olan Saakaşvili deyib ki, bu hal onun üçün intiqam almaq deməkdir.

Hazırda Ukrayna Prezidenti yanında Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri olan eks-prezident "hər halda, hökumət bu il dəyişəcək. yaxşı dəstəyim var" deyə bildirib.

O, partiyası ilə birlikdə qarşıdakı tədbirlərə fəal şəkildə hazırlaşdıqlarını söyləyib: "Biz onlara Gürcüstanı məhv etmək imkanı verməyəcəyik".

Xatırladaq ki, Saakaşvili iki cinayət işində - keçmiş parlamentar Valeri Gelaşvilinin döyülməsi və Birləşmiş Gürcüstanın əməkdaşı Sandro Girgvlianinin qətlində təqsirləndirilən Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin əfv olunmasına görə, mühakimə olunur.

2019-cu ildə verilən hökmə görə, Saakaşvili 9 ilini dəmir barmaqlıqlar arxasında keçirməlidir.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84