Saakaşvili erməniləri pərt etdi

11:15 - 05 Oktyabr
    1250 oxunma

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi məsələsinə münasibət bildirib.

M.Saakaşvili bu ali məktəbin fəxri doktoru olduğunu xatırlamadığını söyləyib. O, “Mtavari arxi” telekanalına müsahibəsində fəxri doktor elmi dərəcələrinin çox olduğunu deyib: “Mən həqiqətən də xatırlamıram ki, Yerevanın hansısa universitetinin fəxri doktoru olmuşam. Allah onları qorusun, lakin bununla fəxri adlarım azalmayacaq”.

Qeyd edək ki, M.Saakaşvili Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edəndən sonra Ermənistanın təhsil naziri Araik Arutyunyanın təşəbbüsü ilə Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilib. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84