Röya da suyun qiymətinin bahalaşmasını tənqid etdi

12:11 - 02 Fevral
    9320 oxunma


Loading...

 “Hamını da təbrik edirəm, suyun da qiymətini qaldırdılar. Arada ancaq çay filan içərik”. Bizimxeber.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “10-da görüşək” proqramında Tarif Şurasının qalmaqallı qərarından danışarkən deyib: “Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər -qiymət artımları bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım (gülür)”.

Bundan əlavə, sənətçi pandemiya dövründə yaranmış problemlərdən də söz açıb: “Ümumiyyətlə işləməyi unutmuşam. Sabah konsert, toy olsa, nə geyinəcəyimi bilmirəm. İndi müğənnidən deputatlıq, deputatdan da müğənni kimi səmimilik gözləyirlər. Daha sonra bir sözün ucundan tutub gedirlər. Onsuz da müğənni öz yerindədir, çalıb oxuyacaq. Məmur da öz işini arxada görür. Ən çox əziyyət çəkən xalq oldu. Xanımlar onsuz evdə idilər. Arada uşaqla həyətə düşürdülər, onu da qadağan etdilər. Yalnız itlə bayıra çıxmağa icazə verdilər”.

R. Ayxan oğlu Hüseynin distant təhsildən heç nə qazanmadığını dilə gətirib:

“Bu il təhsil ümumiyyətlə sıfır oldu. Oğlum hələ də distant təhsil alır. Uşaqlar oxumadı. Müəllim öyrətsə də, altda telefonla oyun oynayır. Bir ili elə- belə yaşadıq. Elə bil ki, oğlum yenidən altıncı sinifi oxuyacaq. Ödənişlər də yerində, heç bir güzəşt olmadı”.

Müğənni bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımovanın ondan küsülü olmadığı ilə bağlı fikrinə də münasibət bildirib: “Mən həmişə deyirəm ki, yolumun qarşısına daş qoyan olmayıb. Səhvsiz insan yoxdur. Səhv insan üçün yaranıb. Ya yaxşısan, ya pissən. Sonradan pis insan olmur. Aygün Kazımova yaxşı qonşudur. Biz birlik bacaran xalqıq. Bir şey olan kimi qapısını döysəm, köməklik göstərər. Mən də həmçinin”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84