Rövşən Məmmədov: "...bəzi media orqanları nə gəldi yazır..." 

12:03 - 25 Dekabr
    1040 oxunma

“Bəzən deyirlər AzTV-də işçilərin maaşı, qonorarı kəsilir. Heç də belə deyil. Peşəkar işçiyə yaxşı maaş və qonorar lazımdır, biz bu istiqamətdə də çalışırıq. 2019-20-ci illər ərzində 4 milyondan çox vəsait AzTV əməkdaşlarının maaş və qonorarlara əlavə olunub. 

“Bizimxeber” xəbər verir ki, bunu Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ( AzTV) sədri Rövşən Məmmədov televiziyanın 2019-2020-ci illər üzrə hesabatını təqdim edərkən bildirib. 

O bildirib ki, AzTV ilk gündən həm ictimaiyyətin, həm də media qurumlarının üzünə açıqdır: “Kim televiziyanın fəaliyyətiylə bağlı yazı yazmaq istəsə, hətta nöqsanlarımızı göstərmək istəsə biz onu alqışla qarşılayarıq. Bir şərtlə ki, ədalətli olsun, obyektiv olsun, qarşı tərəfə də söz haqqı verilsin. Təəssüf ki, bəzi media orqanları nə gəldi yazır və bu yazılar ictimaiyyətə ötürülür, ictimaiyyəti yanlış yola istiqamətləndirmək olmaz. Qarşı tərəfin də maraqları nəzərə alınmalıdır”. 

R. Məmmədov əlavə edib ki, televiziya bütün gücünü ortaya qoyaraq HD yayıma keçməklə keyfiyyətli xidmət üçün çalışır: “Yanvar ayının ilk on günlüyü ərzində yeni efir otağından yayıma çıxacağıq. 65 illik tarixi olan bir kanal HD yayıma başlamalıdır. Artıq 10-dan çox yeni studiya yaratmışıq. Televiziyanın uğurunun 60, hətta 70 faizi gözəl studiyadan asılıdır. Azərbaycan Televiziyasının illərdir qorunub saxlanan forma və məzmununa xələl gətirilməyib. Daha dinamik verilişlərin, aparıcıların olması üçün, kadr balansını yaratmaq üçün çalışırıq”. 

R. Məmmədov həmçinin bildirib ki, yaxın vaxtlarda işğaldan azad olunmuş bölgələrdə də televiziyanın müxbir postları yaradılacaq. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84