Rövnəq Abdullayev milli komanda ilə görüşdü - FOTO

23:32 - 04 Sentyabr
    3715 oxunma

UEFA Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi olub. 

Məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyəti ilə görüşüb. AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb.

Millinin baş məşqçisi Canni de Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84