Rus Mahnı və Rəqs Ansamblı Laçın dəhlizində - Konsert verdilər - VİDEO

00:18 - 16 Dekabr
    1590 oxunma

Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin Mahnı və Rəqs Ansamblının sənətçiləri Laçın dəhlizindəki müşahidə məntəqələrində xidmət edən rus sülhməramlılarının qarşısında çıxış ediblər. 

Bizimxeber.az bildirir ki, bu barədə yayılan məlumatda deyilir: 

"Mərkəzi Hərbi Dairənin mahnı və rəqs ansamblının aktyorları, ərazinin dairəvi müşahidəsi üçün nəzərdə tutulmuş istehkamlarla təchiz olunmuş müşahidə məntəqələrində xidmət edən Rusiya sülhməramlı kontingenti qarşısında çıxış etdilər. 

Hazırda Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə riayət olunmasına nəzarət edirlər. Rus sülhməramlıları mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini və sakinlərin Laçın dəhlizi ilə hərəkətini təmin edir, ərzaq və müxtəlif mallar daşıyır, müşayiət edir və infrastruktur obyektlərini bərpa etmək üçün tapşırıqları yerinə yetirən təmir qruplarının təhlükəsizliyini təmin edir."

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84