.
.

Rusiyaya qarşı yeni sanksiyalarda "ekstremal addım"

11:37 - 05 Mart
    7480 oxunma


ABŞ və İngiltərə Rusiyaya qarşı "kimyəvi silah istifadəsinə qoyulan qadağanın pozulması səbəbindən" əlavə sanksiyaların tətbiq edilməsini müzakirə edir.

Bizimxeber.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinad edərək yazıb. 

Məlumata görə, "ekstremal addım" olaraq ABŞ Prezidenti Co Bayden , Rusiyanın dövləti borcuna məhdudiyyət qoymağı düşünə bilər. Eyni zamanda iddia edilir ki, Amerika lideri bunu yalnız "Rusiya kimyəvi silah istifadə qadağasını pozarsa" edəcək. Agentliyin bildirdiyinə görə, ABŞ-ın Avropa ilə əməkdaşlıqda bunu etməsi ehtimalı böyükdür . 

Mənbələr "Rus oliqarxlarına" qarşı sanksiya tətbiq olunma perspektivinin başqa bir tədbir olaraq qəbul edildiyini söyləyib. Bunun üçün Vaşinqton , Amerika səlahiyyətlilərinin fikrincə insan haqlarının pozulmasına və ya korrupsiyaya qarışan şəxslərə məhdudiyyət qoyulmasına imkan verən "Maqnitski Qanunu" ndan istifadə edə bilər.

Qeyd edək ki, bir neçə gün öncə Avropa Birliyi, Aleksey Navalnının tutulmasına görə dörd Rusiya vətəndaşına qarşı insan haqları pozuntularına görə yeni qlobal rejim çərçivəsində ilk dəfə sanksiya tətbiq edib. AB-dən sonra ABŞ da Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğunu elan edib. Siyahıda "bioloji və kimyəvi silah istehsalı üçün" ifadəsi olan 14 təşkilat yer alıb. Bundan əlavə, ABŞ sanksiyaları, konkret şəxsləri və təşkilatları hədəf alacaq, ixrac və viza məhdudiyyətlərini də əhatə edəcək.

Xarici işlər naziri Sergey Lavrov , Moskvanın ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara birmənalı cavab verəcəyini açıqlayıb . Prezidentin mətbuat katibi Dmitri Peskov , Kremlin Rusiyaya qarşı aparılan sanksiya siyasətinin məqsədinə çatmadığına əmin olduğunu qeyd etdi.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84