.
.

Rusiyaya işləyən italyan casus ifadə verməkdən imtina etdi

18:16 - 01 Aprel
    5480 oxunma


Casusluq ittihamı ilə həbs olunan İtaliya Hərbi Dəniz Qüvvələrinin ikinci dərəcəli kapitanı Valter Biot ifadə verməkdən imtina edib. Bizimxeber.az bildirir ki, bu barədə Ria.ru portalı məlumat yayıb.  

Agentliyin məlumatına görə, hərbçinin vəkili Roberto De Vita bildirib ki, onun müdafiə etdiyi şəxsə öz fikirlərini toplamaq üçün vaxt lazımdır. O, həmçinin müştərisinin ev dustaqlığına buraxılması üçün məhkəmə qarşısında vəsatət qaldırıb. İstintaqı aparan Roma Prokurorluğu isə casus kapitanın həbsdə qalmasını tələb edib. Yekun qərar hakim tərəfindən qəbul ediləcək.

Qeyd edək ki, İtaliya Rusiyanın səfirliyi yanında hərbi attaşe aparatının iki əməkdaşının dərhal ölkədən çıxarıb. 

İtaliyanın xarici işlər naziri Luici Di Mayo baş verənləri düşmənçilik adlandırıb və vəziyyətin yalnız İtaliyanın deyil, bütünlükdə Şimali Atlantika Alyansının təhlükəsizliyini təhlükə altına aldığını bildirib.

İtaliya mətbuatının məlumatına görə, İtaliyadan qovulan Rusiya hərbi diplomatları Dmitri Ostrouxov və Aleksey Nemudrov Roma hava limanından Moskvaya yola düşüblər.

Rusiyanın Romadakı səfirliyi hərbi attaşe aparatının əməkdaşının saxlanılmasını təsdiqləyib və hadisənin Rusiya-İtaliya münasibətlərinə təsir göstərməyəcəyinə ümidvar olduğunu bildirib. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84