Rusiyaya gedən ermənilər ac saxlanılaraq geri qaytarıldı - Fotolar
-
4480 oxunma
SİZİN REKLAM YERİNİZ - ok

Rusiyanın Moskva şəhərinə gedən bəzi Ermənistan vətəndaşları COVID-19 testi ilə bağlı problemlər üzündən ölkələrinə geri göndərilib. Bu barədə “Tert.am”a xəbər verir.
“Biz birinci reyslə Moskvaya getdik, buraxılış məntəqəsində bizi irəliyə getməyə qoymadılar. Bildirdilər ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Mən nə baş verdiyini soruşdum. Onlar mənim qanunsuz sənədlə RF sərhədini keçmək istədiyimi bildirdilər. Bizi üç gün ac saxladılar, yalnız su içirdik”, - Ermənistana deportasiya olunmuş vətəndaşlardan biri deyib.
Kişi qeyd edib ki, deportasiya olunmuş şəxslər səfərlə bağlı məsələnin həll olunmasını, həmçinin biletlərə sərf olunan pulun geri qaytarılmasını tələb edirlər.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84