. .

Rusiyanın “Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirildi

15:40 - 02 May
    11391 oxunma

Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətirilib. 

Bizimxebe.azr xəbər verir ki, bunu hava limanında olan jurnalistlərə səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. İlkin olaraq 40 min doza peyvəndi daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 

Vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar. 

Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doz “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84