Rusiyanın Qarabağda Sakisyan "kartı"... Səfirlə görüşdə nədən danışdılar?

14:35 - 04 Fevral
    7400 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinlə görüşüb. 

Sarkisyan atəşkəs rejiminin qorunması və Dağlıq Qarabağdakı humanitar problemlərin həlli istiqamətində davamlı səylərə görə, Rusiya tərəfinə təşəkkür edib. 

Bizimxeber.az "Sputnik Armeniyan"a istinadən bildirir ki, danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə 3 fevral tarixində baş tutub: "Mövcud vəziyyətin müzakirə edilməsi kontekstində hərbi əsirlərin və məhbusların Ermənistana qaytarılması, ölən hərbçilərin cəsədlərinin axtarışı üçün səmərəli səylər daha vacibdir" deyə Sarkisyan bildirib. . 

Səfirin tələbi ilə Sərkisyan daxili siyasi vəziyyət məsələlərinə, bölgədəki yeni geosiyasi vəziyyətə da toxunub. Bu isə açıq şəkildə Rusiyanın Qarabağda Sarkisyan katından yararlanmaq cəhdi hesab olunmalıdır. Son bir ayda Sarkisyan və Koçaryan komandasının Ermənistanda məhz Qarabağ məsələsində aktivləşməsi, Rusiya ilə ardıcıl danışıqlar aparmaq cəhdləri Paşinyan hakimiyyətinin aşkar devrilməsinə yönələcək addımlar hesab olunur. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84