.
.

Rusiyanın Ermənistandakı səfiri Sarkisyanla görüşdü

13:01 - 03 Aprel
    6960 oxunma


"Ermənistan prezidenti Armen Sarkisyanla görüşlər ənənəvi xarakter daşıyır".

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Ermənistan" müxbirinin sualını cavablandırarkən deyib. 

Bizimxeber.az bildirir ki, "siyasi dialoqumuz intensivliyini itirməyib və düşünürəm ki, itirməyəcək də" - deyə səfir deyib: "Prezidentlə görüşüm ənənəvi xarakter daşıyır, vaxtaşırı ikitərəfli münasibətləri müzakirə edirik, görüşürük. Bizim üçün Ermənistan prezidentinin vəziyyəti necə qiymətləndirdiyini bilmək maraqlıdır". 

Kopırkin Sarkisyanın "Rusiya ilə münasibətlər üçün yeni bir yol xəritəsinin hazırlanması" ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib: "Mənim üçün daha təfərrüatlı danışmaq çətindir, çünki bu yol xəritəsində nələrin ola biləcəyi barədə daha təfərrüatlı məlumata malik deyiləm. Ancaq ümumilikdə bu cür təşəbbüs yalnız məmnuniyyətlə qarşılana bilər".

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84