Rusiyanın baş infeksionisti Bəhram Bağırzadə barədə danışdı

10:16 - 11 İyul
    3325 oxunma

Azərbaycan koronavirusla mübarizədə metodiki-təlim yardımı və respublikadakı situasiyanın dəyərləndirilməsi üçün Rusiya Federal Tibbi-Bioloji Agentliyinə (FTBA) müraciət edib. Həkimlərimizlə öz təcrübələrini bölüşmək üçün FTBA-nın baş infeksionisti, Piroqov adına Rusiya Milli Tibbi Tədqiqat Universitetinin (RMTTU) infeksion xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Vladimir Nikiforovun başçılığı ilə rusiyalı mütəxəssislər ölkəmizə təşrif buyurublar.

Bizimxeber.az xəbər verir ki, "Sputnik Azərbaycan"a müsahibəsində baş infeksionist Bəhram Bağırzadə haqqında bunları deyib:

“Biz onu bu gün gördük. Belə deyək, xəstə insan haqda nə qədər yaxşı demək olarsa, bir elə gözəl vəziyyətdə idi. Onunla danışdıq, tamamilə adekvat idi. Perspektivdə onun həyatı üçün heç bir təhlükə görmürəm. Onu ağciyərləri süni havalandırma sistemindən ayırıblar”.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84