“Rusiyanı öz əməllərinə görə cavab verməyə məcbur edəcəyik” - Bayden
-
9000 oxunma
SİZİN REKLAM YERİNİZ

ABŞ Rusiyanı öz əməllərinə görə “cavab verməyə” məcbur edəcək. Bu barədə ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentində xarici siyasət üzrə proqram nitqi ilə çıxış edərkən bildirib.
“Mən sələfimdən fərqli olaraq, Prezident Putinə aydın şəkildə bildirdim ki, Rusiyanın təcavüzkar hərəkətləri – seçkilərimizə müdaxilə, kiberhücumlar, öz vətəndaşlarının zəhərlənməsi – qarşısında ABŞ-ın təslim olacağı günlər geridə qaldı. Biz tərəddüd etmədən Rusiyanı cavab verməyə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını müdafiə edəcəyik”, - o deyib. Daha əvvəl Moskva Bayden tərəfindən səsləndirilən bütün ittihamları dəfələrlə təkzib edib.
Bundan başqa, Bayden ilk dəfə olaraq açıq şəkildə Moskvanı "İv Roşe" işi üzrə şərti cəzası ləğv edilərək 3,5 illik real həbs cəzası alan müxalifətçi Aleksey Navalnını dərhal azad etməyə çağırıb. Onun sözlərinə görə, Navalnı “korrupsiyanı ifşa etdiyi üçün hədəf seçilib”. ABŞ Prezidenti hesab edir ki, “o, dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84