Rusiyalı polkovnik ermənilərin yaydığı xəbəri yalanladı

23:50 - 13 Yanvar
    2050 oxunma

Qarabağda atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb. Bizimxeber.az xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini, polkovnik Dmitri Perepelkin deyib. 

O bildirib ki, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətin monitorinqi aparılır. "Atəşkəs pozuntuları qeydə alınmayıb", - deyə Perepelkin vurğulayıb. Qeyd edək ki, bu gün Ermənistan KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə dezinformasiya yayıblar.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı erməni KİV-lərində yer alan xəbərləri təkzib edib. Diqqətə çatdırıb ki, Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84