“Rusiyalı hərbi müşahidəçilər bizə lazım deyil” - Prezidentin köməkçisi

11:36 - 16 Oktyabr
    920 oxunma

"Azərbaycan hələlik Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə rusiyalı hərbi müşahidəçilərin qoşulması fikrini dəstəkləmir". Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycan başqa ölkənin ərazisində əməliyyatlar aparmır: “Azərbaycan öz suveren ərazisi olan bölgələrdə əməliyyatlar keçirir və biz hesab edirik ki, rusiyalı hərbi müşahidəçilərin göndərilməsi zəruri deyil. Onlar hələlik bizə lazım deyil”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84