. .

Rusiyadan ermənilərə 15 milyon dollarlıq yardım - On minlərlə doza vaksin ...

17:05 - 02 Aprel
    13144 oxunma

Rusiya Dağlıq Qarabağda zərərçəkən ermənilərə 15 milyon dollarlıq yardım edib. 

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın "Novoye vremya" qəzetinə müsahibəsində bildirib. Nazir müavini deyib ki, üçtərəfli işçi qrupunun xətti ilə aparılan fəal iş nəticəsində Cənubi Qafqazda normal həyatın bərpasına, qarşılıqlı etimadın, təhlükəsizliyin inkişafına şərait yaradılır. 

"Bütün bunlar göstərir ki, Rusiya erməni xalqına həmişə dayaq olub, ümumi maraqlar naminə birlikdə işləməyə hazırdır",- deyə o bildirib. Bu kontekstdə nazir müavini əlavə edib ki, regionda yerləşən Rusiya sülhməramlı kontingenti və humanitar dəstək təhlükəsizlik və sabitliyin təminatıdır, yerli əhali üçün həyati əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, ənənəvi olaraq qardaşlıq dostluğu və qarşılıqlı etimada əsaslanan Ermənistan-Rusiya ikitərəfli münasibətləri dinamik şəkildə inkişaf edir. İstər xarici, istərsə də daxili konyukturadan asılı olmayaraq, müxtəlif səviyyələrdə münasibətlər davam etdirilir. 

Rudenko bir daha xatırladıb ki, Rusiya əvvəlkitək Ermənistan iqtisadiyyatına əsas xarici investor mövqeyini qoruyur, ölkənin aparıcı ticarət tərəfdaşlarından biri olaraq qalır və Ermənistanın xarici ticarət dövriyyəsinin, demək olar ki, üçdə birini təmin edir: "O ki qaldı hərbi, eləcə də siyasi əlaqələrə, o da sürətlə inkişaf edir. Məsələn, dövlət başçıları səviyyəsində sıx təmaslar bunu göstərir. Belə ki, 2020-ci ildə Putin və Paşinyan telefonla 60 dəfədən çox danışıblar. 2021 -ci ildə artıq yeddi telefon danışıqları aparılıb və yanvarın 11-də onlar əyani şəkildə görüşüblər". 

Rudenko həmçinin 20 iyun 2021-ci il tarixinə təyin edilmiş Ermənistanda növbədənkənar parlament seçkisinə də münasibət bildirib. O deyib ki, Rusiya Ermənistanda daxili siyasi vəziyyətə biganə qala bilməz, lakin onların daxili siyasi meydanda cərəyan edən proseslərə müstəqil dövlətin daxili işi kimi baxır: "Ermənistanın bütün siyasi qüvvələrini təmkinli olmağa, erməni cəmiyyətinin birləşməsi naminə ağıllı kompromislər axtarmağa çağırıram, seçkiqabağı dövrdə hər şeyin konstitusiya çərçivəsində sülh yolu ilə keçəcəyinə ümid edirəm. Bu Ermənistanda uzunmüddətli sabitliyə nail olmaq üçün başlanğıc nöqtəsi olacaq".

Rusiya xarici işlər nazirinin müavini Ermənistana koronavirusla mübarizə məqsədilə edilən yardımları da xatırladıb: "2020-2021-ci illərdə Rusiya Ermənistana təmənnasız olaraq 50 min tədqiqat test sistemi, 188,5 min tədqiqata hazırlıq üçün reagentlər, temperaturun təmassız ölçülməsi üçün cihazlar, həmçinin 2 min doza vaksin vermişik". 

"Ermənistanda COVİD-19-un yayılması ilə bağlı mürəkkəb vəziyyətin davam etdiyini bilirik. Artıq Rusiyanın "Sputnik V" vaksininin on minlərlə dozanın tədarükünə dair razılıq əldə olunub", — deyə Rudenko qeyd edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84