Rusiyadan Fransa timsalında Avropaya sərt təpki - Belarusiyanın işlərinə qarışmayın mesajı...

13:47 - 17 Avqust
    1765 oxunma

Fransa lideri Emmanuel Makronun Avropa Birliyinə Belarusdakı etirazlara dəstək çağırışı riyakarlıqdır, qoy o AB ölkələrindəki etirazçılara dəstək olsun.  Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində verib. 

"Bəs o nə vaxt Avropa Birliyindən dinc nümayişlərdə öz hüquqlarına, azadlıqlarına və suverenliyinə hörmət tələb edən yüz minlərlə sarı jiletlilərlə birlikdə səfərbər olmağa davam etməsini xahiş edəcək?" – XİN rəsmisi sual edib.

Zaxarova əlavə edib ki, ayrı-ayrı prezidentlərin heç bir tələbi olmadan Avropa Birliyinin öz məkanında etiraz aksiyalarına dəstək vermək üçün səfərbər olmağa başlayacağı günü gözləyir. "Bu, riyakarlıqdan başqa bir şey deyil". 

Xatıladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron özünün Tvitter səhifəsində müvafiq müraciət yerləşdirib. Etirazlar AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Josep Borrel tərəfindən də dəstəklənib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84