.
.

Rusiyadan ABŞ-a sərt bəyanat -"Hərbi tədbirlərinə məcbur olacağıq"

14:39 - 05 Aprel
    12520 oxunma


Rusiya Xarici İşlər Nazirliyi Qərbin raket təhdidlərinə cavab verən bəyanat yayıb. 

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, müvafiq bəyanat nazirliyin saytında dərc olunub.

Qeyd olunur ki, Pentaqon son həftələrdə 2019-cu ildə Vaşinqtonun orta və kiçik məsafəli raketlərin (DRSMD) ləğv edilməsi haqqında müqavilə ilə əvvəllər qadağan edilmiş silahların işlənməsi və yerləşdirilməsi üzrə bir sıra addımlar atəb. ABŞ bu məqsədlə Asiya-Sakit Okean Regionunda və Avropada yerləşdirilməsi nəzərdə tutulan xüsusi əməliyyat qrupları yaradacaq.

Rusiya XİN-in bəyanatında deyilir ki, bu cür proqramlar "raket sahəsində ciddi gərginləşməyə"səbəb ola bilər. "Biz heç də dialoq üçün qapını bağlamırıq, lakin yaranmış şəraitdə istisna etmirik ki, Rusiya ortaya çıxan raket təhdidlərinə cavab olaraq hərbi tədbirlərinə daha çox diqqət ayırmağa məcbur olacaq" - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, 2 avqust 2019-cu il tarixində orta və kiçik məsafəli raketlərin (DRSMD) ləğv edilməsi haqqında raket müqaviləsinin qüvvəsi rəsmən dayandırııb. Vaşinqton razılaşmanı Rusiya tərəfindən onun şərtlərinin pozulması üzündən pozub. Moskva isə bütün ittihamları təkzib edir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84