. .

"Rusiya Dağlıq Qarabağdakı münaqişənin dayandırılmasında böyük rol oynadı" - Putin

14:50 - 21 Aprel
    10364 oxunma

"Rusiya, Dağlıq Qarabağdakı münaqişənin dayandırılmasında böyük rol oynadı".

Bizimxeber.az bildirir ki, belə bir açıqlama ilə Vladimir Putin Federal Məclisdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya geniş dövlətlərarası əməkdaşlıq üçün açıqdır, BMT çərçivəsində dünya problemlərinin həlli istiqamətində əsas rolunu qorunmağı və gücləndirilmənin tərəfdarıdır. Moskva regional münaqişələrin həllinə kömək etməyə çalışır.

"Biz Suriyadakı vəziyyəti sabitləşdirmək, Liviyada siyasi dialoq qurmaq üçün çox şey etdik. Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanın dayandırılmasında böyük rol oynadı. Atəşkəs və döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilib və uğurla xidmət aparır" deyə Putin qeyd edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84