.
.

Rusiyada seçkilərin vaxtı ilə bağlı qərar verdildi

02:49 - 18 İyun
    1785 oxunma


Rusiya Prezidenti Vladimir Putin parlament seçkilərinin sentyabrın 19-da keçirilməsi ilə bağlı qərar imzalayıb. 

Bizixmeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qərar “Rossiyski Qazeta”da yayımlandıqdan sonra qüvvəyə minəcək. Dövlət Duması üçün Rusiyanın bütün bölgələrində xalq seçkiyə gedəcək və dumada onları təmsil edəcək 450 deputatı müəyyənləşdirəcək.

O da qeyd olunub ki, rusiyalı müxalif Aleksey Navalnı və komandası seçkilərə qatıla bilməyəcək. Çünki bir neçə gün əvvəl Putinin imzaladığı qərara görə, məhkum olunmuş və ya qeyri-qanuni təşkilatların rəhbərlərinə beş il boyunca seçilmək yasağı qoyulub.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84