Rusiyada daha bir milyarder intihar etdi

12:49 - 27 İyun
    1705 oxunma

Bu gün Moskvada "Pioner" iri tikinti şirkətinin rəhbəri ölü tapılıb. 

Bizimxeber.az “Telegram-Channel Mash”a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Andrey Grudin intihar edib.

50 yaşlı iş adamının cəsədi kiçik Piroqov küçəsində onun ofisində tapılıb. Sahibkarın ölümünün araşdırılması ilə hüquq-mühafizə orqanları məşğul olurlar.

Qrudin 2001-ci ildə "Pioner" Şirkətlər Qrupunu təsis etmişdir. Həmin andan etibarən Şirkətin baş direktoru olub. Şirkətlər Qrupu Moskva və Sankt-Peterburqun bahalı rayonlarında çoxfunksiyalı daşınmaz əmlak və yaşayış məhəllələri inşa edib. Bundan başqa,"Pioner " Rusiyanın 10 ən etibarlı inşaatçı şirkəti siyahısına daxil idi.

Xatırladaq ki, bu ilin may ayının əvvəlində "Sibantrasit" və "Vostokugol" şirkətlərinin sahibi rusiyalı milyarder Dmitri Bosov da intihar etmişdi. 
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84