Rusiyada da külək xəbərdarlığı

14:37 - 29 May
    1100 oxunma

Hökumət moskvalıları güclü külək və yağışla əlaqədar ehtiyatlı olmağa çağırıb. 

Bizimxeber.az xəbər verir ki, bu barədə bu gün  paytaxtın nəqliyyat departamenti Tvitter hesabında məlumat yayıb.

Məlumatda qeyd olunub ki, şəhər əhalisi küçəyə çıxmaq məcburiyyətində qalarsa plaş və çətirdən istifadə etməlidir. Həmçinin, tikinti konstruksiyaları və binaların yanında, eləcə də ağacların altında avtomobilləri park etməmək məsləhət görülüb.

Yağışlı və küləkli hava bu gün davam edəcək. Bundan başqa, Moskvada dolu düşəcəyi də gözlənilir.

Qeyd edək ki, Rusiya Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfand may ayının 31-də, bazar günü kəskin soyuqların düşəcəyi barədə xəbərdarlıq edib. 1 İyun tarixində isə hava nisbətən aydınlaşaraq.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84