Rusiyada bir günə 524 nəfər öldü - Qonşu ölkələrdə son vəziyyət

12:30 - 26 Noyabr
    1720 oxunma

Rusiyada son bir gündə 25 min 487 yeni yoluxma faktı qeydə alınıb. Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 524 pasiyent ölüb, 25 min 73 nəfər isə sağalaraq xəstəxanadan çıxıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 187 min 990 nəfər insan koronavirusa yoluxub. Gürcüstanda son 24 saat ərzində daha 3 801 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 118 min 690-a çatıb. Ölkədə sutka ərzində daha 39 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1114-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 95 min 581 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 1785 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 130 min 870 nəfərə çatıb. Daha 28 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2068-ə çatıb. Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84