.
.

Rusiyada bir gündə 8792 yeni yoluxma baş verdi

14:24 - 02 Aprel
    8400 oxunma


Rusiyada bir gün ərzində 8792 COVİD-19 yoluxma halı aşkar edilib. Artım tempi 0,19 faizə düşüb. 400 nəfər ölüb, daha 9832 xəstə tibb müəssisələrində müalicə olunur. 

Bizimxeber.az bildirir ki, Moskvada yeni yoluxma -1764, Sankt-Peterburqda - 708, ətraflarda 601; ən az yoluxma isə  Çukotka və Tuvada 1 nəfər olaraq qeydə alınıb.

Pandemiyanın başlanmasından bu yana Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4 563 056 nəfərdir. Onlardan 99 633- ü dünyasını dəyişib, 4186 251 nəfəri sağalaraq evə buraxılıb.

ÜST-nin məlumatına görə, bütün dünyada 128,5 milyon xəstə var. "Con Hopkins" Universitetinin hesablamalarına görə, onların sayı 129 milyonu ötüb. 2,8 milyondan çox insan dünyasını dəyişib.

ABŞ, Braziliya, Hindistan və Fransa infeksiyaya ən çox məruz qalan ölkələrdəndir. Rusiya siyahıda beşinci yerdədir. Daha sonra Böyük Britaniya, İtaliya, Türkiyə, İspaniya və Almaniya dayanır. 

Bizmxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84