.
.

Rusiyada bir gündə 9 min insan yoluxdu- 427 nədə öldü

12:07 - 17 Mart
    5400 oxunma


Rusiyada son bir gündə 8998 yeni koronavirus yoluxması qeydə alınıb. 

Bizimxeber.az bildirir ki, bu barədə Rusiyanın COVID-19-la bağlı Mübarizə Qərargahı məlumat yayıb.

Belə ki, Moskvada 1.201, Sankt-Peterburqda - 927, Moskva vilayətində - 436, Nijni Novgorod vilayətində - 352, Rostov vilayətində - 241 nəfər yoluxub. Ümumilikdə, pandemiya başlayandan bəri Rusiya Federasiyasında 4.418.436 koronavirus yoluxması qeydə alınıb.

Gündəlik artımın ən aşağı nisbətləri Tuva, Maqadan vilayətində, Adıgey, Qaraçay-Çərkəz Respublikası, İnquşetiya və Yəhudi Muxtar Vilayətində qeydə alınıb. Son bir gündə Rusiyada COVID-19 səbəbiylə 427 ölüm faktı baş verib. Bütün dövr ərzində ölkə üzrə 93.364 nəfər ölüb.

Rusiyada maska ​​rejiminin hələ ləğv olunmayacağı barədə qərar verilib. Xəstəliyin azalmasına baxmayaraq, ölkənin bəzi bölgələrində xaricdən qayıdanlar üçün risklər var. Bundan əlavə, yaşlı əhali təhlükə altındadır və bunun üçün özünütəsrid rejimi tədricən götürülür.

Bizmxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84