. .

Rusiyada 4 "qanuni oğru" eyni anda adından imtina etdi

19:00 - 10 Aprel
    14852 oxunma

Rusiyanın "qanuni oğru"ları kütləvi şəkildə öz titullarından imtina etməyə başlayıblar. 

Bizimxeber.az bildirir ki, dörd cinayət aləminin tanınmış adamları adlarından imtina edir. Onların hamsı hamısı fərqli istintaq təcridxanalarında saxlanılır. 

"Praym Kraym" bildirir ki, söhbət daha çox "İldar Ufimski" kimi tanınan İldar Asyanovadan gedir.

O, 23 yaşında "taclandırılıb", lakin narkomaniya səbəbi ilə cinayət aləmində hörmətdən düşüb. Daha sonra Tula vilayətinə köçüb, ancaq orada da dəfələrlə qanunsuz maddələrlə tutulub.

"Hacı Stavropolski" ləqəbi ilə həbs edilən Hacı Xalımbəyov 2014-cü ildə "Ded Xasan" tərəfindən hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi üçün addan məhrum edilib. Daha sonra bir neçə gürcü cinayətkar qrup rəhbərləri tərəfindən adını bərpa edib. Lakin özü bu addan imtina etməyə qərar verib.

Tümen bölgəsinin keçmiş "nəzarətçisi" Yuri Tişenkov ("Hans") da bu addan imtina edib. O, sifarişli qətl təşkil etdiyi üçün cəza çəkir. 

Qeyd edək ki, "Ogonyok" kimi tanınan Alexander Okunev da adından imtina edənlər sırasındadır. Narkotik saxladığı üçün həbsdədir. 

Qəzetin qeyd etdiyi kimi, hamısı fərqli koloniyalarda və istintaq təcridxanalarında saxlanılır. Lakin demək olar ki, eyni vaxtda Federal Penitensiar Xidmətin direktoru Aleksandr Kalaşnikova adlarından imtina etmək üçün ərizələr yazıblar.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84