.
.

Rusiya üç nüvə sualtı qayığını buz altından çıxardı

22:39 - 26 Mart
    15080 oxunma


Müasir Rusiya tarixində ilk dəfə Dəniz Donanmasının üç nüvə enerjili sualtı qayığı buz altından suyun üzərinə çıxarıldı. Bizimxeber.az Rusiyanın ria.ru portalına istinadən bildirir ki, bu barədə Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı admiral Nikolay Yevmenov bildirib.

Prezident Putinə məruzə edən admiralın verdiyi məlumata görə, buz qatı bir metr yarım qalınlığında olub. Sualtı qayıqlar təyin olunmuş vaxtda 300 metr radius ərazidə plana uyğun olaraq üzə çıxarılıb. Nüvə raket daşıyıcılarından biri praktik torpedo atışlarını davam etdirib, atışdan sonra torpedo ilə xüsusi təchiz edilmiş qayıq suyun üzərinə çıxarılıb.

Qeyd olunub ki, Umka-21 Arktika ekspedisiyası, Dəniz Qüvvələrinin əsas komandanlığının rəhbərliyi altında 20 mart tarixindən təlimlərə başlayıb. Bu gəminin sovet və müasir rus tarixində analoqu yoxdur. 

Təlimlər zamanı silahların yüksək döyüş qabiliyyəti, ekstremal şəraitdə istismarda etibarlı olduğu bir daha təsdiqlənib. Umka-21 ümumilikdə 600-dən çox hərbi və mülki işçi, 200-ə yaxın silah, hərbi və xüsusi texnika daşıya bilir. Təlimlər mənfi 25-30 dərəcə temperatura baxmayaraq uğurla bitib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84