.
.

Rusiya Azərbaycana uçuşları dayandırıdı

16:51 - 25 Mart
    6320 oxunma


Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) Rusiyanın beş şəhərindən Azərbaycana uçuşlar üçün icazəni ləğv edib.

Bizimxeber.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, martın 23-də keçirilən iclasdan sonra Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar üçün "İjavia" aviaşirkətinə verilmiş icazənin ləğvi barədə qərar qəbul edib.

Qərarın hava nəqliyyatı şirkətinin ərizəsi əsasında verildiyi bildirilib. İcazəsi ləğv olunan aviareyslər bunlardır: Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı. Bundan əlavə, qurum, "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı reysinə olan icazəni də ləğv edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84