Rusiya XİN: "Moskva heç vaxt yeddi rayonun verilməsini təklif etməyib"

23:01 - 13 Yanvar
    2240 oxunma

"Rusiya Azərbaycana Qarabağı statusunu nəzərə almadan yeddi rayonun verilməsini heç vaxt təklif etməyib”.

Bizimxeber.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli səfiri İqor Popov Nikol Paşinyanın “44 günlük müharibənin mənşəyi” məqaləsi  ilə bağlı fikir bildirərkən deyib.

O, qeyd edib ki, Rusiyanın yeddi rayonu boş yerə qayatrmağı, statusu unutmağı təklif etdiyini iddia etmək doğru deyil. Popovun sözlərinə görə, Rusiyanın son təklifi 2019-cu ilin iyununda tərəflərə verilmiş mərhələli nizamlama planı olub. Kazan sənədinə əsasən üst - üstə düşən bu planın təməlində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri dayanır, onların arasında birinci mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə iki rayonun geri qaytarılması var.

Diplomat həmçinin qeyd edib ki, Ermənistanın maraqlarını əks etdirən digər elementlər arasında Dağlıq Qarabağ əhalisinin tam həyat fəaliyyətinin təşkili, Dağlıq Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirakının təmin edilməsi, blokada hallarının aradan qaldırılması, sərhədlərin açılması, tərəflərin güc tətbiq etməmək barədə öhdəliklərinin qəbul edilməsi olub.

Ərazilərin statusu məsələsini şərh edən Popov son illərdə danışıqlar masasının üzərində tərəflərin razılaşdırdıqları müddətdə BMT və ya ATƏT-in himayəsi ilə Dağlıq Qarabağ əhalisinin öz müqəddaratını təyin etməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ümumxalq səsverməsinin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsini nəzərdə tutan təkliflərin dayandığına diqqət çəkib. 

"Yeri gəlmişkən, Laçın dəhlizinin eni və statusu yalnız ikinci mərhələdə Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasından sonra nəzərdən keçirilirdi", - deyə o əlavə edib.

Popov vurğulayıb ki, danışıqlar İrəvan yeni yanaşmaları ortaya atanadək, yəni 2018-ci ilə qədər müntəzəm olaraq davam edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84