Rusiya vətəndaşlığı almaq indi daha asan olacaq

12:55 - 24 İyul
    4420 oxunma

Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşlığı almasını asanlaşdıran federal qanun qüvvəyə minib. Bizimxeber.az bildirir ki, sənəd mövcud vətəndaşlıqdan imtinanı tələbini və yeni status almaq üçün Rusiyada azı 3 il yaşamaqla bağlı tələbi istisna edir.

Eyni qayda Rusiya vətəndaşı olan şəxslə nikahda olan və bu nikahdan övladı olan əcnəbilərə, valideynlərindən biri Rusiya vətəndaşlığına sahib olan və Rusiyada yaşayan əcnəbi vətəndaşlara da şamil ediləcək. 

Həmçinin Rusiya universitetlərinin məzunları üçün vətəndaşlıq alınmasındakı şərtlərdən olan Rusiyada işləmə müddəti üç ildən bir ilə qədər azalır. Xatırladaq ki, müvafiq federal qanunu 2020-ci ilin aprelində Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84