.
.

Rusiya və Belarus birləşmiş qüvvələri Qarabağ təcrübəsi üzrə təlim keçirdi

11:38 - 19 Mart
    11720 oxunma

Ötən gün martın 18-də Rusiya və Belarusun Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə qərargah təlimləri başa çatıb. Təlimlər çərçivəsində Rusiya hava-kosmik qüvvələrinin aviasiyasının Belarus aerodromlarına yerdəyişməsi sınaqdan keçirilib.

Təlimlər zamanı Qarabağdakı və Suriyadakı döyüş əməliyyatlarının təcrübəsi də nəzərə alınıb. Bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatında deyilir.

Konkret olaraq təlimlərdə Rusiya-Belarus birləşmiş qoşun qruplaşmasının müdafiə xarakterli əməliyyatlarında HHQ və HHM qüvvələrinin tətbiqinin planlaşdırılması həyata keçirilib. /Virtualaz.org/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84